Azərbaycan klubu instaqramın köməyi ilə futbolçu alıb

Azərbaycan klubu instaqramın köməyi ilə futbolçu alıb "İnstaqram vasitəsilə Azərbaycanın paytaxtı Bakıdakı "Səbail" klubundan inanılmaz təklif aldım".
Futbol
24 Sentyabr , 2021 11:36
Azərbaycan klubu instaqramın köməyi ilə futbolçu alıb

"İnstaqram vasitəsilə Azərbaycanın paytaxtı Bakıdakı "Səbail" klubundan inanılmaz təklif aldım".

"Report"un məlumatına görə, bu fikirləri "Səbail"in sabiq futbolçusu Ayrton Stati "Regio-voetbal" nəşrinə açıqlamasında deyib.

27 yaşlı kürasaolu müdafiəçi paytaxt təmsilçisində ona xüsusi diqqət ayrıldığını bildirib: "Əvvəlcə gedib oranı görmək üçün bilet göndərdilər. Mənimlə ulduz oyunçu kimi davranırdılar. Orada həyat yaxşı idi. Pulumu qəpiyinədək ödəyirdilər".

Stati maaş aldığı günlərdən birini də xatırlayıb: "Məşqdən sonra pulu nəğd aldım və sevgilimə verdim. O da şəxsi sürücümüzlə evə getdi. "Səbail"də hər şey mənim üçün yaxşı idi".

Qeyd edək ki, Ayrton Stati 2017/2018 mövsümündə "Səbail"in formasını geyinib. O, hazırda Niderlandda "Kozakken Boys"da çıxış edir.

Son xəbərlər

Orphus sistemi