Azərbaycan klublarının Avropa Liqasının ilk iki təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib - YENİLƏNİB

Azərbaycan klublarının Avropa Liqasının ilk iki təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib - YENİLƏNİB "Neftçi", "Qəbələ" və "Kəpəz"in qarşılaşacağı komandalar məlum olub
Futbol
122
20 İyun , 2016 16:48
Azərbaycan klublarının Avropa Liqasının ilk iki təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib - YENİLƏNİB

Bakı. 20 iyun. REPORT.AZ/ Azərbaycan klublarının futbol üzrə Avropa Liqasının ilk 2 təsnifat mərhələsindəki rəqibləri müəyyənləşib. 

"Report"un məlumatına görə, "Neftçi"nin bəxtinə "Balzan" (Malta) düşüb. Bu cütün qalibi növbəti mərhələdə "Şkendiya" (Makedoniya) - "Krakovya" (Krakov, Polşa) cütünün qalibi ilə üz-üzə gələcək.

"Qəbələ" Gürcüstanın "Samtredia" klubunu keçəcəyi halda, "Aktobe" (Qazaxıstan) - MTK (Macarıstan) cütünün qalibini sınağa çəkəcək. "Kəpəz" isə Moldova "Daçiya"sını üstələyəcəyi təqdirdə, "Admira Vakker" (Avstriya) - "Spartak" (Miyava, Slovakiya) cütünün qalibi ilə qarşılaşacaq. 

Oyunlar iyunun 30-da və iyulun 6-da olacaq.  

Son xəbərlər

Orphus sistemi