Azərbaycan I Divizionunun qalibi sona 2 tur qalmış müəyyənləşib

Azərbaycan I Divizionunun qalibi sona 2 tur qalmış müəyyənləşib "Turan Tovuz" Premyer Liqaya vəsiqəni birinci pillənin sahibi kimi qazanıb
Futbol
14 Aprel , 2017 18:06
Azərbaycan I Divizionunun qalibi sona 2 tur qalmış müəyyənləşib

Bakı. 14 aprel. REPORT.AZ/ Futbol üzrə Azərbaycan I Divizionunda 24-cü tura yekun vurulub. 

"Report"un məlumatına görə, mərkəzi görüşdə "Zaqatala" və "Səbail" komandaları üz-üzə gəlib. Tərəflər görüşü hərəyə bir qolla başa vurublar. Bununla da "Turan Tovuz" sona 2 tur qalmış çempionluğunu rəsmiləşdirib və birinci pillənin sahibi kimi Premyer Liqaya vəsiqə qazanıb.

"Zaqatala"nın xal itkisindən yararlanan "Şəmkir" "Energetik"i 5:1 hesabı ilə darmadağın edərək, 5-ci pilləyə yüksəlib. Autsayderlərin qarşılaşmasında isə "Bakılı" "Göyəzən"ə böyük hesabla qalib gəlib - 4:0. 

Son xəbərlər

Orphus sistemi