Azərbaycan güləşçisinin çıxış etdiyi komanda İranda çempion olub

Azərbaycan güləşçisinin çıxış etdiyi komanda İranda çempion olub İranın yunan-Roma güləşi üzrə klub çempionatı başa çatıb.
Futbol
13 Noyabr , 2019 12:46
Azərbaycan güləşçisinin çıxış etdiyi komanda İranda çempion olub

İranın yunan-Roma güləşi üzrə klub çempionatı başa çatıb. 

Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən "Report"a verilən məlumata görə, Yəzd şəhərində keçirilmiş yarışda Eldəniz Əzizlinin çıxış etdiyi “İran Mall” çempion olub.

Azərbaycanlı dünya və Avropa çempionu yarış ərzində iki görüş keçirib. Əzizli əvvəlcə Mehriqan Cahangirini 8:0 hesabı ilə məğlub edib. O, daha sonra Masib Əkbərini üstələyib - 10:2. 

Qeyd edək ki, bu komanda dekabrda Tehranda keçiriləcək klublararası dünya çempionatında İranı təmsil edəcək.

Son xəbərlər

Orphus sistemi