Azərbaycan çempionatları tarixinin rekordu təkrarlanıb

Azərbaycan çempionatları tarixinin rekordu təkrarlanıb Futbol üzrə Azərbaycan çempionatları tarixinin rekordu təkrarlanıb.
Futbol
20 Mart , 2022 10:45
Azərbaycan çempionatları tarixinin rekordu təkrarlanıb

Futbol üzrə Azərbaycan çempionatları tarixinin rekordu təkrarlanıb.

"Report"un Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən məlumatına görə, buna "Neftçi" klubu nail olub.

"Ağ-qaralar"ın daha üç futbolçusu Premyer Liqanın cari mövsümündə qol hesabını açıb. XX turda “Qəbələ”yə 4:0 hesabı ilə qalib gələn komandanın heyətində Eddi İsrafilov, Mamadu Mbodj və Gilyerme Pato fərqlənib. Bununla da Bakı klubunda çempionatın cari mövsümündə qol vuran futbolçuların sayı 18-ə çatıb.

Bu, 1992-ci ildən keçirilən Azərbaycan çempionatları tarixinin rekord göstəricisidir. “Neftçi” 2008/09 mövsümündə “İnter”in (indiki “Keşlə”) rekordunu təkrarlayıb. Həmin vaxt paytaxt təmsilçisinin 18 üzvü qol sevinci yaşayıb.

Son ölkə çempionunun əvvəlki rekordu 16-ya bərabər olub. 2008/09 və 2013/14 mövsümlərində 16 futbolçu rəqib qapısına yol tapıb. “Ağ-qaralar”ın hələ qol vurmayan futbolçuları qarşıdakı 8 turda fərqlənsə, mütləq rekord da qeydə alına bilər.

Son xəbərlər

Orphus sistemi