Azərbaycan çempionatları tarixinin bombardirlərinin siyahısı açıqlanıb
Futbol
- 13 avqust, 2025
- 10:36
Report.az-ı Google seçilmiş mənbələrinə əlavə edin
Yeniliklərdən dərhal xəbərdar olun!
Misli Premyer Liqasının 2025/2026 mövsümü ərəfəsində ölkə çempionatları tarixinin bombardirlərinin siyahısı açıqlanıb.
"Report" Peşəkar Futbol Liqasına istinadən xəbər verir ki, ilk “onluq”da 100 və daha çox qol vuranlar yer alıb ki, bu oyunçular da karyeralarını xeyli müddət əvvəl başa vurublar.
183 qola imza atan Nazim Əliyevin rekordu hələ də əlçatmazdır. Müşfiq Hüseynov 125 qolla ikinci, 9 top geri qalan Rövşən Əhmədov üçüncüdür.
Ötən mövsümdə Premyer Liqada çıxış edənlər arasında ən yaxşı nəticə Filip Ozobiçə məxsusdur. “Neftçi”də vurduğu qollarla hesabını 66-ya çatdıran xorvatəsilli yarımmüdafiəçi siyahıda 23-cü yerə şərikdir.
33 mövsümdə ən çox qol vuran 33 futbolçu:
| 1 | Nazim Əliyev | 183 |
| 2 | Müşfiq Hüseynov | 125 |
| 3 | Rövşən Əhmədov | 116 |
| 4-5 | Qurban Qurbanov | 115 |
| Samir Ələkbərov | 115 | |
| 6 | Alay Bəhramov | 108 |
| 7 | Nadir Nəbiyev | 103 |
| 8-9 | Xaqani Məmmədov | 102 |
| Vadim Vasilyev | 102 | |
| 10 | Kənan Kərimov | 101 |
| 11 | Musa Qurbanov | 94 |
| 12 | Fazil Pərvərov | 89 |
| 13 | Samir Musayev | 88 |
| 14-15 | Fərrux İsmayılov | 85 |
| İmamyar Süleymanov | 85 | |
| 16 | Samir Əliyev | 84 |
| 17 | İsmayıl Məmmədov | 76 |
| 18 | İlham Məmmədov | 74 |
| 19 | Azər İsayev | 73 |
| 20 | Paşa Əliyev | 72 |
| 21 | Badri Kvaratsxeliya | 71 |
| 22 | Zaur Ramazanov | 70 |
| 23-24 | Filip Ozobiç | 66 |
| Yunis Hüseynov | 66 | |
| 25-26 | Vidadi Rzayev | 65 |
| Mahir Əliyev | 65 | |
| 27 | Rauf Əliyev | 63 |
| 28-30 | Mahmud Qurbanov | 61 |
| Ramiz Məmmədov | 61 | |
| Georgi Adamiya | 61 | |
| 31 | Mahir Emreli | 59 |
| 32 | Rəşad Abdullayev | 58 |
| 33 | Davit Volkov | 54 |
Son xəbərlər
05:18
"Binance" haker hücumundan sonra 2,5 milyard dollardan çox aktivi dondurub
Maliyyə
04:57
"Mançester Yunayted"in baş məşqçisi: Mənə heç bir zəmanət lazım deyil
Futbol
04:34
WSJ: Ağ Ev rəhbərinə İrana yeni zərbələrlə bağlı variantlar təqdim edilib
Digər ölkələr
03:48
Venesuelaya yeni xarici işlər naziri təyin edilib
Digər ölkələr
03:27
Çexiyalı milyarder "Ray-Ban" holdinqi üçün 30 milyard avro təklif edib
Biznes
02:48
"Anthropic" ABŞ hökumətini geridə qoyaraq "SpaceX"in ən böyük müştərisi olub
Digər ölkələr
02:36
"Fars": İranın cənub-şərqində partlayışlar olub
Region
02:10
Bitkoinin qiyməti kripto bazarda kütləvi ləğvlər fonunda 79 min dollardan aşağı düşüb
Maliyyə
01:55
İsraildə parlament seçkilərində Netanyahunun "Likud" Partiyası qalib gəlib
Digər ölkələr