Azərbaycan çempionatının oyunu zamanı qalmaqal baş verib

Azərbaycan çempionatının oyunu zamanı qalmaqal baş verib İki oyunçu, hakim və hakim-inspektor cəzalandırılıb
Futbol
25 Aprel , 2017 14:06
Azərbaycan çempionatının oyunu zamanı qalmaqal baş verib

Bakı. 25 aprel. REPORT.AZ/ AFFA İntizam Komitəsi I Divizionda XXV turun “Energetik” – “Bakılı” matçında baş vermiş qalmaqalla bağlı qərarlarını açıqlayıb.

"Report"un məlumatına görə, insident görüşün 61-ci dəqiqəsində iki komandanın oyunçuları arasında baş verib. Nəticədə “Energetik”dən Elçin Qasımov ikinci sarı, “Bakılı”dan Ravil Məhəmmədov rəqibi təhqir etdiyi üçün birbaşa qırmızı vərəqə ilə meydandan kənarlaşdırılıb. Baş hakim Qorxmaz Eldarov isə oyunu dayandırıb. Görüş 15 dəqiqə sonra bərpa edilib.

İntizam Komitəsi Məmmədovu 3 oyunluq cəzaya, klubunu 160 manat cəriməyə, Elçin Qasımovu 1 oyunluq cəzaya, klubunu 20 manat cəriməyə məruz qoyub. Eldarovun isə görüşü əsassız olaraq dayandırdığı qənaətinə gəlinib. Bu səbəbdən, Hakimlər Komitəsi və Hakim-İnspektorlar Komitəsi oyunun hakimi və hakim inspektoru Qabil Nərimanov haqqında lazımi ölçü götürüb İntizam Komitəsini məlumatlandırmalıdır.

Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 

Son xəbərlər

Orphus sistemi