İspaniya çempionatında azarkeşlərlə futbolçular arasında dava düşüb - VİDEO

İspaniya çempionatında azarkeşlərlə futbolçular arasında dava düşüb - VİDEO Bakı. 25 fevral. REPORT.AZ/ Futbol üzrə İspaniya çempionatının IV Divizionunda keçirilmiş Esija - Xeres matçı zamanı meydana girən azarkeşlərin iştirakı ilə genişmiqyaslı insident yaşanıb.
Futbol
25 Fevral , 2019 15:01
İspaniya çempionatında azarkeşlərlə futbolçular arasında dava düşüb - VİDEO

Bakı. 25 fevral. REPORT.AZ/ Futbol üzrə İspaniya çempionatının IV Divizionunda keçirilmiş "Esija" - "Xeres" matçı zamanı meydana girən azarkeşlərin iştirakı ilə genişmiqyaslı insident yaşanıb. 

"Report" "Diario de Jerez"ə istinadən xəbər verir ki, qarşıdurma fanatlar və futbolçular arasında baş verib. Bildirilir ki, "Esija"nın bəzi oyunçuları görüş vaxtı azarkeşləri təxribata çəkib və onlara ədəbsiz jestlər göstəriblər.

Komandanın üzvlərindən Manu MartinesKarlos Freyle münaqişədə xəsarət alıb.

Qeyd edək ki, qarşılaşma qolsuz başa çatıb. 

Son xəbərlər

Orphus sistemi