​AZAL klubunun qapıçısı Moldova yığmasına çağırılıb

​AZAL klubunun qapıçısı Moldova yığmasına çağırılıb Stanislav Namaşko sonuncu dəfə 2 il bundan öncə milliyə dəvət alıb
Futbol
2699
17 May , 2016 09:00
​AZAL klubunun qapıçısı Moldova yığmasına çağırılıb

Bakı. 17 may. REPORT.AZ/ Futbol üzrə Moldova milli komandasının baş məşqçisi İqor Dobrovolski komandanın Xorvatiya və İsveçrəyə qarşı keçirəcəyi yoldaşlıq oyunları üçün geniş heyətini açıqlayıb.

"Report" xəbər verir ki, komandaya dəvət alan futbolçular arasında Azərbaycanın AZAL klubunun qapıçısı Stanislav Namaşkonun da adı var.

O, sonuncu dəfə 2 il bundan öncə milliyə dəvət alıb.

Heyətə ümumilikdə 27 futbolçu daxil edilib.

Moldova yığması mayın 27-də Xorvatiya, bir həftə sonra isə İsveçrə ilə qarşılaşacaq. Hər iki oyun səfərdə keçiriləcək.

Son xəbərlər

Orphus sistemi