"Ayaks"ın qapıçısı millidəki karyerasını başa vurub

"Ayaks"ın qapıçısı millidəki karyerasını başa vurub "Ayaks" klubunun qapıçısı Martin Stekelenburq bundan sonra Niderland millisində çıxış etməyəcək.
Futbol
13 Avqust , 2021 17:58
Ayaksın qapıçısı millidəki karyerasını başa vurub

"Ayaks" klubunun qapıçısı Martin Stekelenburq bundan sonra Niderland millisində çıxış etməyəcək.

"Report" "De Telegraaf" nəşrinə istinadən xəbər verir ki, 39 yaşlı qolkiper yığmadakı karyerasını başa vurub.

O, yaşının çox olması ilə əlaqədar bu qərarı qəbul edib.

Qeyd edək ki, ilk dəfə 2004-cü ildə Niderland seçməsinin formasını geyinən təcrübəli qapıçı millidə ümumilikdə 63 oyun keçirib və 48 qol buraxıb.

Son xəbərlər

Orphus sistemi