Avstriya millisinin daha 3 futbolçusu Azərbaycanla oyunu buraxacaq
Futbol
- 20 mart, 2023
- 13:53
Avstriya yığmasının daha üç futbolçusu Azərbaycan millisinə qarşı AVRO-2024-ün seçmə oyununda meydana çıxmayacaq.
"Report" yerli federasiyanın rəsmi saytına istinadən xəbər verir ki, Almaniya "Frayburq"undan Filip Linxart, "Darmştadt"dan Matias Honsak və İtaliya "Bolonya"sından Marko Arnautoviç zədə səbəbindən komandasına kömək edə bilməyəcək.
Yığmanın baş məşqçisi Ralf Ranqnik onların əvəzinə Almaniya "Verder"indən Romano Şmid və İtaliya "Salernitana"sından Flavius Danilyuka dəvət göndərib.
Daha əvvəl "Lask" klubunun qapıçısı Aleksander Şlager eyni səbəbdən milli komandadan kənarlaşdırılıb.
Qeyd edək ki, Avstriya seçməsi martın 24-də Azərbaycan, 27-də isə Estoniya yığması ilə Lints şəhərində qarşılaşacaq.
Son xəbərlər
09:35
7 vəkil barəsində intizam tənbehi tədbirləri tətbiq edilib
Hadisə09:29
Balakəndə altı gün əvvəl avtomobilin vurduğu qadın xəstəxanada ölüb
Hadisə09:28
İngiltərə klubu ukraynalı futbolçunun müqaviləsini vaxtından əvvəl ləğv etmək istəyir
Futbol09:23
Lənkəranda qardaş qardaşını bıçaqlayıb
Hadisə09:22
Sumqayıtda dörd qanunsuz ov tüfəngi aşkar olunub
Hadisə09:15
"Real" Alvaro Arbeloa ilə də yollarını ayıra bilər
Futbol09:09
Bakıda 25 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb
Hadisə09:05
Azərbaycan Mərkəzi Bankının valyuta məzənnələri (15.01.2026)
Maliyyə09:03