Avropa Super Liqası 140 klubun iştirakı ilə keçirilə bilər

Avropa Super Liqası 140 klubun iştirakı ilə keçirilə bilər Futbol üzrə Avropa Super Liqasının mümkün startının yeni detalları ortaya çıxıb.
Futbol
314
22 Oktyabr , 2021 14:23
Avropa Super Liqası 140 klubun iştirakı ilə keçirilə bilər

Futbol üzrə Avropa Super Liqasının mümkün startının yeni detalları ortaya çıxıb.

"Report" "The Athletic" nəşrinə istinadən xəbər verir ki, təsisçilər turnirdə komanda sayını artırmağı planlaşdırırlar.

İddiaya görə, onlar daxili yarışlarda hegemonluq edib Çempionlar Liqasında uğur qazana bilməyən klubları da yeni liqaya cəlb etmək istəyirlər.

Söhbət Rusiya, Portuqaliya, Niderland, Türkiyə, Şotlandiya və Ukraynanın yüksək dəstə komandalarından gedir. Superliqanın yaradılmasından sonra ictimaiyyəti çaşdıran amillərdən biri çıxışından asılı olmayaraq turnirin 15 daimi üzvünün olması ideyası idi.

Yeni variant isə ondan ibarətdir ki, bir qapalı liqa yerinə 7 divizion yaradıla bilər. Hər divizionda isə 20 komandanın iştirakı nəzərdə tutulur. Bu isə ümumilikdə 140 klub deməkdir.

Qeyd edək ki, İspaniyanın "Barselona", "Real Madrid" və İtaliyanın "Yuventus" klublarının təsis etdiyi Avropa Super Liqasında İngiltərənin "Mançester Yunayted", "Mançester Siti", "Liverpul", "Arsenal", "Çelsi" və "Tottenhem", İspaniyanın "Atletiko", İtaliyanın "Milan" və "İnter" komandaları da iştirakını təsdiqləmişdi. Lakin sonradan 9 klub layihədən imtina edib.

Son xəbərlər

Orphus sistemi