Avropa Liqasının oyunu zamanı meydana it girib

Avropa Liqasının oyunu zamanı meydana it girib İt meydan sahiblərinin qapıçısı ilə oynayıb
Futbol
8 Dekabr , 2017 14:12
Avropa Liqasının oyunu zamanı meydana it girib

Bakı. 8 dekabr. REPORT.AZ/ Avropa Liqasının qrup mərhələsində Makedoniya "Vardar"ı ilə Norveç "Rusenborq"u arasındakı VI tur matçı zamanı meydana it girib. 

"Report"un məlumatına görə, hadisə ikinci hissədə meydan sahiblərinin cərimə zərbəsini yerinə yetirməyə hazırlaşdığı vaxt baş verib.

Bu zaman meydanın onlara aid hissəsi boş olduğundan, it mərkəzədək gəlib və onu uzaqlaşdırmağa çalışan "Vardar"ın qapıçısı Filip Qaçevski ilə oynamağa başlayıb. Stüardlar dördayaqlı canlını uzaqlaşdırmaqda çətinlik çəkiblər. Bir müddət sonra itin özü onların əlindən çıxaraq, tribunaların altına tərəf yollanıb.

Qeyd edək ki, görüş 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. 

Son xəbərlər

Orphus sistemi