Avropa Liqasının kubokunu püşkatma mərasimi zamanı səhnəyə Vəli Qasımov gətirib

Avropa Liqasının kubokunu püşkatma mərasimi zamanı səhnəyə Vəli Qasımov gətirib O, bütün komandaların Bakıdakı final matçına vəsiqə qazanmalarını arzulayıb
Futbol
31 Avqust , 2018 15:24
Avropa Liqasının kubokunu püşkatma mərasimi zamanı səhnəyə Vəli Qasımov gətirib
0 : 00
0 : 00

Bakı. 31 avqust. REPORT.AZ/ Fransanın Monako şəhərində Avropa Liqasının püşkatma mərasimi başlayıb. 

"Report" xəbər verir ki, turnirin kubokunu Avropa Liqasının final matçının səfiri Vəli Qasımov səhnəyə gətirib.

O bildirib ki, Azərbaycanda futbola maraq çox böyükdür. V.Qasımov bunu görmələri üçün bütün komandaların Bakıdakı final matçına vəsiqə qazanmalarını arzuladığını söyləyib. 

Daha sonra o, püşkatma səbətlərinin yanına yox, tamaşaçılar arasındakı yerinə qayıdıb. 

Qeyd edək ki, Avropa Liqasının final oyunu 2019-cu il mayın 29-da Bakı Olimpiya Stadionunda təşkil olunacaq. 

Son xəbərlər

Orphus sistemi