Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri keçiriləcək

Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri keçiriləcək Səkkiz qarşılaşmanın yekununda 1/4 finala yüksələn komandalar müəyyənləşəcək
Futbol
15 Mart , 2018 08:02
Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri keçiriləcək

Bakı. 15 mart. REPORT.AZ/ Bu axşam futbol üzrə Avropa Liqasında 1/8 final mərhələsinin cavab görüşləri keçiriləcək.

"Report"un məlumatına görə, 8 qarşılaşmanın yekununda 1/4 finala yüksələn komandalar müəyyənləşəcək.

Bu mərhələdə Rusiya hamıdan çox klubla təmsil olunsa da, onların hər 3-ü ilk görüşlərindən məğlub ayrılıb. Xüsusən, "Qəbələ"nin sabiq baş məşqçisi Yuri Syominin hazırda rəhbərlik etdiyi "Lokomotiv" komandasının Çempionlar Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olmuş İspaniya "Atletiko"sunu üstələyəcəyi inandırıcı görünmür. Bu komandalar arasında Madriddə keçirilmiş ilk görüşdə "Atletiko" 3:0 hesabı ilə qalib gəlib.

Moskvanın digər komandası MOİK-in də Fransa "Lion"unu üstələməsi o qədər də real deyil. Çünki ilk oyunda "Lion" Moskvadan 1:0 hesablı qələbə ilə ayrılıb.

"Zenit" isə ötən həftə Almaniyada "Leyptsiq"ə 1:2 hesabı ilə uduzduğundan, evdə bir qolla da mərhələ adlaya bilər.

Avropa Liqası

1/16 final, cavab görüşləri

20:00. "Lokomotiv" (Moskva, Rusiya) - "Atletiko" (Madrid, İspaniya)

İlk oyun - 0:3

22:00. "Dinamo" (Kiyev, Ukrayna) - "Latsio" (İtaliya)

İlk oyun - 2:2

22:00. "Viktoriya" (Plzen, Çexiya) - "Sportinq" (Portuqaliya)

İlk oyun - 0:2

22:00. "Atletik" (Bilbao, İspaniya) - "Marsel" (Fransa)

İlk oyun - 1:3

22:00. "Zenit" (Rusiya) - "Leyptsiq" (Almaniya)

İlk oyun - 1:2

00:05. "Arsenal" (İngiltərə) - "Milan" (İtaliya)

İlk oyun - 2:0

00:05. "Zalsburq" (Avstriya) - "Borussiya" (Dortmund, Almaniya)

İlk oyun - 2:1

00:05. "Lion" (Fransa) - MOİK (Moskva, Rusiya)

İlk oyun - 1:0.

Son xəbərlər

Orphus sistemi