Avropa Liqası: "Qarabağ"ın pley-offdakı potensial rəqibləri qarşılaşır

Avropa Liqası: "Qarabağ"ın pley-offdakı potensial rəqibləri qarşılaşır Bu gün futbol üzrə UEFA Avropa Liqasında III təsnifat mərhələsinin cavab matçlarına start veriləcək.
Futbol
9 Avqust , 2022 08:00
Avropa Liqası: Qarabağın pley-offdakı potensial rəqibləri qarşılaşır

Bu gün futbol üzrə UEFA Avropa Liqasında III təsnifat mərhələsinin cavab matçlarına start veriləcək.

"Report"un məlumatına görə, günün yeganə qarşılaşmasında "Qarabağ"ın bu turnirin pley-offundakı potensial rəqibləri üz-üzə gələcəklər.

Şimali Makedoniya "Şkupi"si evdə İrlandiyanın "Şemrok Rovers" klubunu sınağa çəkəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Dublindəki ilk matçda yerli komanda 3:1 hesablı qələbə qazanıb.

UEFA Avropa Liqası

III təsnifat mərhələsi, cavab oyunu

9 avqust

23:00. "Şkupi" (Şimali Makedoniya) - "Şemrok Rovers" (İrlandiya)

İlk oyun - 1:3

Qeyd edək ki, "Qarabağ" gün UEFA Çempionlar Liqasının III təsnifat mərhələsinin cavab oyununda Macarıstan "Ferentsvaroş"un qonağı olacaq. Bakıdakı ilk matçda 1:1 hesablı heç-heçə edən Azərbaycan çempionu məğlub olsa, Avropa Liqasının pley-off mərhələsində "Şkupi" (Şimali Makedoniya) - "Şemrok Rovers" (İrlandiya) cütünün qalibi ilə qarşılaşacaq.

Son xəbərlər

Orphus sistemi