Avropa Liqası: "Qalatasaray" dayandı, son 21 vəsiqə sahibini tapdı

Avropa Liqası: "Qalatasaray" dayandı, son 21 vəsiqə sahibini tapdı UEFA Avropa Liqasında pley-off mərhələsinin oyunları keçirilib.
Futbol
2 Oktyabr , 2020 01:53
Avropa Liqası: Qalatasaray dayandı, son 21 vəsiqə sahibini tapdı

UEFA Avropa Liqasında pley-off mərhələsinin oyunları keçirilib. 

"Report"un məlumatına görə, duel bir matçdan ibarət olduğu üçün qələbə qazanan 21 komanda qrup mərhələsinə vəsiqə qazanıb.

Türkiyənin "Qalatasaray" klubu Şotlandiyada "Reyncers"ə uduzaraq, mübarizəni dayandırıb. Avropa Liqasının III təsnifat mərhələsində "Beşiktaş"ı üstələməyi bacarmış Portuqaliyanın "Riu Ave" komandası isə İtaliya "Milan"ı ilə görüşün əsas vaxtını 1:1, əlavə vaxtını 2:2 hesablı heç-heçə ilə bitirib. Penaltilər seriyasında isə komandalar hərəyə 12 zərbə vurublar. "Riu Ave" bunların 4-də, "Milan" isə 3-də qeyri-dəqiq olub. Nəticədə İtaliya klubu 9:8 hesablı üstünlüklə mərhələ adlayıb.    

Avropa Liqası
Pley-off
Çempionlar yolu

19:30. ÇFR (Kluj, Rumıniya) - "KuPS" (Finlandiya) - 3:1

21:00. "Ararat-Armeniya" (Ermənistan) - "Srvena Zvezda" (Serbiya) - 1:2

21:00. "Dinamo" (Zaqreb, Xorvatiya) - "Flora" (Tallin, Estoniya) - 3:1

22:00. "Dinamo" (Brest, Belarus) - "Lüdoqorets" (Bolqarıstan) - 0:2

22:00. "Legiya (Varşava, Polşa) - "Qarabağ" (AZƏRBAYCAN) - 0:3

22:00. "Sarayevo" (Bosniya və Herseqovina) - "Seltik" (Şotlandiya) - 0:1

22:30. "Dandolk" (İrlandiya) - "Klaksvik" (Farer adaları) - 3:1

22:30. "Yanq Boyz" (İsveçrə) - "Tirana" (Albaniya) - 3:0

Əsas yol

21:00. "Slovan" (Liberets, Çexiya) - APOEL (Kipr) - 1:0  

21:00. "Malmö" (İsveç) - "Qranada" (İspaniya) - 1:3

21:00. "Şarlerua" (Belçika) - "Lex" (Polşa) - 1:2

21:00. "Rusenborq (Norveç) - PSV (Eyndhoven, Niderland) - 0:2

21:30. "Hapoel" (Beer-Şeva (İsrail) - "Viktoriya" (Plzen, Çexiya) - 1:0

22:00. "Kopenhagen" (Danimarka) - "Riyeka" (Xorvatiya) - 0:1

22:00. "Standard" (Lyej, Belçika) - "Fehervar" (Macarıstan) - 3:1

22:30. "Bazel" (İsveçrə) - MOİK (Sofiya, Bolqarıstan) - 1:3

22:45. "Reyncers" (Şotlandiya) - "Qalatasaray" (Türkiyə) - 2:1

22:45. AEK (Afina, Yunanıstan) - "Volfsburq" (Almaniya) - 2:1

23:00. “Riu Ave” (Portuqaliya) - “Milan” (İtaliya) - 2:2 (ƏLAVƏ VAXT - 1:1, PENALTİLƏRLƏ - 8:9)

23:00. "Sportinq" (Portuqaliya) - LASK (Avstriya) - 1:4

23:00. "Tottenhem" (İngiltərə) - "Makkabi" (Hayfa, İsrail) - 7:2

Qeyd edək ki, qrup mərhələsinin püşkatması bu gün keçiriləcək.

Son xəbərlər

Orphus sistemi