Avropa Liqası: II təsnifat mərhələsinin püşkü atılır

Avropa Liqası: II təsnifat mərhələsinin püşkü atılır Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək.
Futbol
31 Avqust , 2020 07:30
Avropa Liqası: II təsnifat mərhələsinin püşkü atılır

Bu gün UEFA Avropa Liqasında II təsnifat mərhələsinin püşkatma mərasimi keçiriləcək. 

"Report" xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil olunacaq tədbirdə 47 cütün tərkibi müəyyənləşəcək. Komandalardan 17-si Çempionlar Liqasının I təsnifat mərhələsində uduzanlardan ibarət olacaq.

Onların arasında Bakıda "Qarabağ"a 0:4 hesabı ilə yenilən Şimali Makedoniya "Sileks"i də yer alıb. Daha 3 klub Çempionlar Liqasının ilkin mərhələsində məğlubiyyətlə üzləşənlərdir. Beləliklə, üst-üstə 20 klub üçün Çempionlar Yolu üzrə püşkatma keçiriləcək.  

Əsas Yola gəldikdə, 27 iştirakçı mübarizəyə II təsnifat mərhələsindən qoşulacaq. Daha 47 klub I təsnifat mərhələsinin qalibləridir ki, onların arasında Azərbaycan təmsilçilərindən yalnız "Neftçi" yer alıb. "Ağ-qaralar" nisbətən aşağı reytinqlilərdən ibarət "Səpələnməmişlər" səbətində qərarlaşacaq. Artıq potensial rəqiblərin sayı 3-ə enib. Bunlar Rusiyanın “Dinamo”, Türkiyənin “Qalatasaray” və Qazaxıstanın “Kayrat” klublarıdır.

31 avqust 
Püşkatma mərasimi

Avropa Liqası, II təsnifat mərhələsi
Əsas Yol

Səpələnmişlər
“Tottenhem” (İngiltərə)
“Bazel” (İsveçrə)
“Kopenhagen” (Danimarka)
“Volfsburq” (Almaniya)
APOEL (Kipr)
BATE (Belarus)
“Qalatasaray” (Türkiyə)
“Malmö” (İsveç)
“Partizan” (Serbiya)
“Standard” (Belçika)
“Styaua” (Rumıniya)
“Qranada” (İspaniya)
“Milan” (İtaliya)
“Reyncers” (Şotlandiya)
“Hapoel” (Beer-Şeva, İsrail)
“Rusenborq” (Norveç)
“Apollon” (Kipr)
“Reyms” (Fransa)
“Fehervar” (Macarıstan)
“Riu Ave” (Portuqaliya)
“Dinamo” (Moskva, Rusiya)
“Slovan” (Liberets, Çexiya)
“Hayduk” (Split, Xorvatiya)
“Şkendiya” (Şimali Makedoniya)
“Kolos” (Ukrayna)
“Villem” (Niderland)
TNS (Uels)
“Yablonets” (Çexiya)
“Lex” (Polşa)
“Hartberq” (Avstriya)
“Aberdin” (Şotlandiya)
“Zrinski” (Bosniya və Herseqovina)
“Kayrat” (Qazaxıstan)
“Jalgiris” (Vilnüs, Litva)
“Orxus” (Danimarka)
“Motervell” (Şotlandiya)

Səpələnməmişlər
“Kukesi” (Albaniya)
“Servett” (İsveçrə)
“Aris” (Yunanıstan)
OFİ (Yunanıstan)
“Ventspils” (Latviya)
“Olimpiya” (Lyublyana, Sloveniya)
“Linkoln” (Cəbəllütariq)
“Topola” (Serbiya)
“Osiyek” (Xorvatiya)
“Höteborq” (İsveç)
“Hammarbü” (İsveç)
“Budyo Qlimt” (Norveç)
“Vikinq” (Norveç)
“Proqress” (Lüksemburq)
“Riteryay” (Litva)
MOİK (Sofiya, Bolqarıstan)
“Honved” (Macarıstan)
“Kaysar” (Qazaxıstan)
“NEFTÇİ” (AZƏRBAYCAN)
B-36 (Farer adaları)
“Lokomotiv” (Plovdiv, Bolqarıstan)
“Botoşani” (Rumıniya)
“Pyast” (Polşa)
“Teuta” (Albaniya)
“Renova” (Şimali Makedoniya)
“Borats” (Bosniya və Herseqovina)
“Lokomotivi” (Gürcüstan)
“Laçi” (Albaniya)
“Hibernians” (Malta)
“Dunayska Streda” (Slovakiya)
“Bala Taun” (Uels)
“Sfantul George” (Moldova)
“Şemrok Rovers” (İrlandiya)
“Kolreyn” (Şimali İrlandiya)
“Nomme Kalyu” (Estoniya) - "Mura" (Sloveniya) cütünün qalibi
“Makkabi” (Hayfa, İsrail) - “Jelezniçar” (Bosniya və Herseqovina) cütünün qalibi

Çempionlar Yolu

I təsnifat mərhələsində uduzanlar
“Ararat-Armeniya” (Ermənistan)
“Astana” (Qazaxıstan)
“Buduçnost” (Monteneqro)
“Konnah” (Uels)
“Dinamo” (Tbilisi, Gürcüstan)
“Yurqorden” (İsveç)
“Dandolk” (İrlandiya)
“Europa” (Cəbəllütariq)
“Flora” (Estoniya)
“Floriana” (Malta)
“Fola Eş” (Lüksemburq)
“Reykyavik” (İslandiya)
“KuPS” (Finlandiya)
“Linfild” (Şimali İrlandiya)
“Riqa” (Latviya)
“Sileks” (Şimali Makedoniya)
“Slovan” (Bratislava, Slovakiya)

İlkin mərhələdə uduzanlar
“Drita” (Kosovo)
“İnter” (Andorra)
“Tre Fiori” (San-Marino)

Qeyd edək ki, püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlanacaq. Cütlükdə adı birinci çıxan komanda öz meydanında oynayacaq. Qalib bir matçlıq sistemlə müəyyənləşəcək. Görüşlər sentyabrın 17-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi