Avropa Liqası: "Keşlə" tanış rəqibə qarşı

Avropa Liqası: "Keşlə" tanış rəqibə qarşı "Keşlə" bu gün UEFA Avropa Liqasında mübarizəyə qoşulacaq.
Futbol
345
27 Avqust , 2020 07:40
Avropa Liqası: Keşlə tanış rəqibə qarşı

"Keşlə" bu gün UEFA Avropa Liqasında mübarizəyə qoşulacaq.

"Report"un məlumatına görə, Azərbaycan Premyer Liqasında ötən mövsümün bürünc medalçısı Bakıda Albaniya "Laçi"sini sınağa çəkəcək.

"ASK Arena"dakı qarşılaşma saat 21:00-da start götürəcək. Pandemiya səbəbindən stadiona azarkeşlər buraxılmayacaq və cütün taleyini 1 oyun həll edəcək.

Bu, komandaların avrokuboklarda 2-ci dueli olacaq. Daha əvvəl 2015/2016 mövsümündə yenə Avropa Liqasının I raundunda üz-üzə gələn komandaların görüşündə o vaxtkı adı ilə "İnter" iki matçın nəticəsinə əsasən mərhələ adlamışdı.

UEFA Avropa Liqası
I təsnifat mərhələsi
27 avqust

21:00. “Keşlə” (Azərbaycan) – “Laçi” (Albaniya)
Hakimlər:
Qoqa Kikaçeyşvili, Davit Qabisoniya, Davit Axvlediani, İrakli Kvirikaşvili (hamısı Gürcüstan)
Bakı, “ASK Arena”

Qeyd edək ki, bu gün "Keşlə" ilə yanaşı, "Neftçi" və "Sumqayıt" da Avropa Liqasında mübarizəyə başlayacaq.

Son xəbərlər

Orphus sistemi