Avropa Liqası: Həftənin futbolçusu adına namizədlər bəlli oldu

Avropa Liqası: Həftənin futbolçusu adına namizədlər bəlli oldu UEFA Avropa Liqasında 1/6 final mərhələsinin ilk oyunlarından sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb
Futbol
19 Fevral , 2021 09:00
Avropa Liqası: Həftənin futbolçusu adına namizədlər bəlli oldu

UEFA Avropa Liqasında 1/6 final mərhələsinin ilk oyunlarından sonra həftənin futbolçusu adına namizədlər açıqlanıb.

"Report"un məlumatına görə, bu ada İngiltərənin "Mançester Yunayted" klubundan Brunu Fernandeş, "Tottenhem"dən Qaret Beyl, Xorvatiyanın "Dinamo" (Zaqreb) komandasından Bruno Petkoviç və Almaniya "Hoffenhaym"ından Munas Dabbur idda edirlər.

Fernandeş səfərdə İspaniya “Real Sosyedad”ına 4:0 qalib gəldikləri matçda dubl edib. Beyl Avstriyada "Volfsberq”i 4:1 hesabı ilə məğlub etdikləri görüşdə fərqlənib.

Bruno Petkoviç Rusiyada “Krasnodar”ı 3:2 hesabı ilə yendikləri, Munas Dabbur isə Norveç "Molde"si ilə 3:3 hesablı bərabərə qaldıqları qarşılaşmada dubla imza atıb.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.

Son xəbərlər

Orphus sistemi