Avropa Liqası: Həftənin futbolçusu adına namizədlər açıqlandı

Avropa Liqası: Həftənin futbolçusu adına namizədlər açıqlandı Qalib UEFA-nın saytında səsvermə nəticəsində bəlli olacaq
Futbol
12 Mart , 2021 08:51
Avropa Liqası: Həftənin futbolçusu adına namizədlər açıqlandı

UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunlarından sonra həftənin ən yaxşı futbolçusu adına namizədlər bəlli olub.

"Report"un məlumatına görə, bu ada Niderlandın "Ayaks" klubundan Duşan Tadiç, İngiltərə "Tottenhem"indən Harri Keyn, İspaniya "Qranada"sından Roberto Soldado və İtaliya "Roma"sından Lorentso Pelleqrini iddia edir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında azarkeşlər arasındakı səsvermə nəticəsində bəlli olacaq.

Son xəbərlər

Orphus sistemi