Avropa Liqası: Final matçından sonra həftənin oyunçusu adına namizədlər bəlli olub

Avropa Liqası: Final matçından sonra həftənin oyunçusu adına namizədlər bəlli olub Almaniyanın "Ayntraxt" (Frankfurt) və Şotlandiyanın "Reyncers" komandaları arasında keçirilmiş UEFA Avropa Liqasının final matçından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub.
Futbol
19 May , 2022 09:00
Avropa Liqası: Final matçından sonra həftənin oyunçusu adına namizədlər bəlli olub

Almaniyanın "Ayntraxt" (Frankfurt) və Şotlandiyanın "Reyncers" komandaları arasında keçirilmiş UEFA Avropa Liqasının final matçından sonra həftənin ən yaxşı oyunçusu adına namizədlər bəlli olub.

"Report"un məlumatına görə, bu ada Frankfurt təmsilçisinin qapıçısı Kevin Trapp ilə hücumçusu Rafael Borre, həmçinin "Reyncers"in yarımmüdafiəçisi Co Aribo və müdafiəçisi Kelvin Bassi iddia edir.

Qeyd edək ki, qalib UEFA-nın rəsmi saytında səsvermə yolu ilə müəyyənləşəcək. "Ayntraxt" əsas və əlavə vaxtı 1:1 hesabı ilə başa çatan qarşılaşmanın penaltilər seriyasında rəqibini məğlub edib - 5:4.

Son xəbərlər

Orphus sistemi