Avropa Liqası: "Qalatasaray" və "Fənərbağça" qrup mərhələsinə vəsiqə qazanıb

Avropa Liqası: "Qalatasaray" və "Fənərbağça" qrup mərhələsinə vəsiqə qazanıb Türkiyənin "Fənərbağça" komandası UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.
Futbol
26 Avqust , 2021 23:53
Avropa Liqası: Qalatasaray və Fənərbağça qrup mərhələsinə vəsiqə qazanıb

Türkiyənin "Qalatasay" komandası UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

"Report"un məlumatına görə, İstanbul təmsilçisi pley-off mərhələsinin cavab oyununda Danimarka "Randers"ini qəbul edib.

Səfərdə rəqibi ilə 1:1 hesablı heç-heçə edən "sarı-qırmızılar" evdə 2:1 hesablı qələbəyə sevinib.

Danimarka klubu mübarizəyə UEFA Konfrans Liqasının qrupunda davam edəcək.

22:01

Türkiyənin "Fənərbağça" komandası UEFA Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanıb.

"Report"un məlumatına görə, İstanbul təmsilçisi pley-off mərhələsinin cavab oyununda Finlandiyada HİK-in qonağı olub.

İlk görüşdə 1:0 hesablə qələbə qazanan Türkiyə klubu səfərdə rəqibini 5:2 hesabı ilə üstələyib.

HİK Avropa Liqasının III raundunda iki oyunun nəticəsinə əsasən "Neftçi"ni mübarizədən kənarlaşdırmışdı - 2:2, 3:0. Helsinki təmsilçisi Konfrans Liqasının qrupunda iştirak edəcək.

Son xəbərlər

Orphus sistemi