Avropa Liqası: Baş məşqçi və 3 futbolçu koronavirusa yoluxdu

Avropa Liqası: Baş məşqçi və 3 futbolçu koronavirusa yoluxdu Onlar karantinə alınıblar
Futbol
16 Fevral , 2021 17:20
Avropa Liqası: Baş məşqçi və 3 futbolçu koronavirusa yoluxdu

Belçikanın "Brügge" komandasının baş məşqçisi Filipp Kleman koronavirusa yoluxub.

"Report" klubun rəsmi saytına istinadən xəbər verir ki, 47 yaşlı mütəxəssislə yanaşı, futbolçulardan Stefano Densvil, Matey Mitroviç və Hans Vanakenin testi müsbət çıxıb.

Onlar karantinə alınıblar. Hər biri Avropa Liqasının 1/16 finalında Ukraynada "Dinamo" (Kiyev) ilə ilk matçı buraxacaqlar.

Qeyd edək ki, fevralın 18-də keçiriləcək "Dinamo" - "Brügge" matçı Bakı vaxtı ilə saat 21:55-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi