Bakı. 10 may. REPORT.AZ/ Bakıda keçirilən 17 yaşadək futbolçular arasında Avropa çempionatının yarımfinal və final görüşlərinin yeri dəyişdirilib. "Report"un məlumatına görə, final matçı "Bakcell Arena"da keçiriləcək.
Yarımfinal mərhələsinin görüşləri isə "Dalğa Arena"da baş tutacaq. Dəyişikliklər UEFA-nın tövsiyəsi əsasında gerçəkləşib.
Qeyd edək ki, ilk olaraq bu mərhələnin oyunlarının Bakı Olimpiya Stadionunda keçiriləcəyi açıqlanmışdı.