Avropa çempionatı: Azərbaycan millisi İspaniya ilə qarşılaşacaq

Avropa çempionatı: Azərbaycan millisi İspaniya ilə qarşılaşacaq Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.
Futbol
26 Yanvar , 2022 07:30
Avropa çempionatı: Azərbaycan millisi İspaniya ilə qarşılaşacaq

Futzal üzrə Azərbaycan milli komandası Niderlandda keçirilən Avropa çempionatında bu gün növbəti oyununa çıxacaq.

"Report"un məlumatına görə, Joze Alesio Da Silvanın baş məşqçi olduğu kollektiv D qrupundakı ikinci sınağında İspaniya seçməsi ilə qarşılaşacaq. Qroningen şəhərindəki "Martini Plaza"da oynanılacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:30-da başlayacaq. Görüşün baş hakimi portuqaliyalı Migel Kastilyu olacaq.

Qrupun digər oyununda Gürcüstan Bosniya və Herseqovina yığması ilə münasibətlərininə aydınlıq gətirəcək. İki debütant arasındakı qarşılaşmadan qonşu ölkə komandası qalib ayrılsa, 1/4 finala vəsiqə şansları baxımından, Azərbaycan millisinin İspaniyaya uduzmaması belə, yetərli olmaya bilər.

İlk turda Joze Alesionun komandası Gürcüstana 2:3 hesabı ilə uduzub. Pireneylilər isə Bosniya və Herseqovinanı darmadağın edib - 5:1.

Avropa çempionatı

D qrupu, II tur

26 yanvar

23:30. İspaniya - Azərbaycan

Baş hakim: Migel Kastilyu (Portuqaliya)

Qroningen. "Martini Plaza".

Qeyd edək ki, Azərbaycan milli komandası qrupdakı son oyununu yanvarın 29-da Bosniya və Herseqovinaya qarşı keçirəcək. Həmin gün həm də İspaniya ilə Gürcüstan yığmaları üz-üzə gələcək.

Son xəbərlər

Orphus sistemi