AVRO-2024: Niderland - Fransa matçı heç-heçə yekunlaşıb - YENİLƏNİB - 4
- 21 iyun, 2024
- 20:54
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Niderland - Fransa görüşü başa çatıb.
"Report" xəbər verir ki, Leyptsiq şəhərindəki "Red Bull Arena"da gerçəkləşən D qrupunun oyununda hesab açılmayıb.
Qeyd edək ki, bu qrupun II turunun ilk matçında Avstriya Polşa millisinə 3:1 hesabı ilə qalib gəlib. Keçirdiyi hər iki matçda məğlub olan polşalıların qrupda sonuncu yeri tutacağı dəqiqləşib.
| 1 | Niderland | 2 | 1 | 1 | 0 | 2-1 | 4 |
| 2 | Fransa | 2 | 1 | 1 | 0 | 1-0 | 4 |
| 3 | Avstriya | 2 | 1 | 0 | 1 | 3-2 | 3 |
| 4 | Polşa | 2 | 0 | 0 | 2 | 2-5 | 0 |
00:08
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Niderland - Fransa görüşündə ikinci hissə start götürüb.
"Report" xəbər verir ki, Leyptsiq şəhərindəki "Red Bull Arena"da gerçəkləşən D qrupunun oyununun ilk yarısında hesab açılmayıb.
Qeyd edək ki, bu qrupun II turunun ilk matçında Avstriya Polşa millisinə 3:1 hesabı ilə qalib gəlib.
23:47
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Niderland - Fransa görüşündə birinci hissə başa çatıb.
"Report" xəbər verir ki, Leyptsiq şəhərindəki "Red Bull Arena"da gerçəkləşən D qrupunun oyununun ilk yarısında hesab açılmayıb.
Qeyd edək ki, bu qrupun II turunun ilk matçında Avstriya Polşa millisinə 3:1 hesabı ilə qalib gəlib.
23:00
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Niderland - Fransa görüşü start götürüb.
"Report" xəbər verir ki, Leyptsiq şəhərindəki "Red Bull Arena"da başlayan D qrupunun oyununu ingiltərəli FIFA referisi Entoni Teylor idarə edir.
Qeyd edək ki, bu qrupun II turunun ilk matçında Avstriya Polşa millisinə 3:1 hesabı ilə qalib gəlib.