AVRO-2024: Ukrayna ilk qələbəsini qazanıb - YENİLƏNİB - 6

AVRO-2024: Ukrayna ilk qələbəsini qazanıb - YENİLƏNİB - 6 Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Slovakiya - Ukrayna görüşü start götürüb.
Futbol
21 İyun , 2024 18:53
AVRO-2024: Ukrayna ilk qələbəsini qazanıb - YENİLƏNİB - 6

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Slovakiya - Ukrayna görüşü başa çatıb.

"Report" xəbər verir ki, Düsseldorf şəhərindəki "Esprit Arena"da gerçəkləşən E qrupunun görüşündə ukraynalılar qələbə qazanıb - 2:1.

Hesabı 17-ci dəqiqədə slovakiyalıların heyətində İvan Şrants açıb. 54-cü dəqiqədə "status-kvo" bərpa olunub. Nikolay Şaparenko adını tabloya yazdırıb. Ukrayna yığmasına qələbə qazandıran qola isə 80-ci dəqiqədə Roman Yaremçuk imza atıb.

18:40

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Slovakiya - Ukrayna görüşündə hesab dəyişib.

"Report" xəbər verir ki, Düsseldorf şəhərindəki "Esprit Arena"da gerçəkləşən E qrupunun görüşündə ukraynalılar hesabda önə çıxıb - 2:1.

Roman Yaremçuk 80-ci dəqiqədə rəqibi oyuna mərkəzdən başlamağa məcbur edib.

18:13

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Slovakiya - Ukrayna görüşündə hesab bərabərləşib.

"Report" xəbər verir ki, Düsseldorf şəhərindəki "Esprit Arena"da gerçəkləşən E qrupunun görüşündə ukraynalılar "status-kvo"nu bərpa ediblər - 1:1.

Nikolay Şaparenko 54-cü dəqiqədə rəqibi oyuna mərkəzdən başlamağa məcbur edib.

18:03

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Slovakiya - Ukrayna görüşündə ikinci hissə start götürüb.

"Report" xəbər verir ki, Düsseldorf şəhərindəki "Esprit Arena"da gerçəkləşən E qrupunun görüşündə slovakiyalılar hesabda öndədirlər - 1:0.

17-ci dəqiqədə İvan Şrants fərqlənib.

17:47

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Slovakiya - Ukrayna görüşündə birinci hissə başa çatıb.

"Report" xəbər verir ki, Düsseldorf şəhərindəki "Esprit Arena"da gerçəkləşən E qrupunun görüşündə slovakiyalılar fasiləyə minimalhesablı üstünlüklə yollanıblar.

17-ci dəqiqədə İvan Şrants fərqlənib.

17:20

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Slovakiya - Ukrayna görüşündə hesab açılıb.

"Report" xəbər verir ki, slovakiyalılar hesabda irəli çıxıb.

17-ci dəqiqədə İvan Şrants fərqlənib.

Qarşılaşma davam edir.

17:00

Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Slovakiya - Ukrayna görüşü start götürüb.

"Report" xəbər verir ki, Düsseldorf şəhərindəki "Esprit Arena"da başlayan E qrupunun oyununu ingiltərəli FIFA referisi Maykl Oliver idarə edir.

Qeyd edək ki, AVRO-2024 iyulun 14-də başa çatacaq.

Son xəbərlər

Orphus sistemi