Bu gün futbol üzrə Avropa çempionatında qrup mərhələsinin I turu çərçivəsində Macarıstan və İsveçrə yığmaları üz-üzə gəlib.
"Report" xəbər verir ki, A qrupunun ikinci oyununda isveçrəlilər 3:1 hesabı ilə qələbə qazanıb.
Görüşdə hesabı 14-cü dəqiqədə Murat Yakının baş məşqçisi olduğu yığma açıb. Kvadvo Dua dəqiq oynayıb. Fasilə ərəfəsində Mişel Ebişer macarları növbəti dəfə oyuna mərkəzdən başlamağa məcbur edib.
66-cı dəqiqədə fərqlənən Barnabaş Varqa hesab arasındakı fərqi azaltsa da, matçın sonuna artırılan dəqiqələrdə adını tabloya yazdıran Brel Embolo İsveçrənin qələbəsində pay sahibi olub.
Qeyd edək ki, bu qrupun ilk oyununda Almaniya Şotlandiya seçməsinə 5:1 hesabı ilə qalib gəlib.
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda üz-üzə gələn Macarıstan və İsveçrə yığmalarının görüşündə daha bir qol vurulub.
"Report" xəbər verir ki, Macarıstan millisi buraxılan qollardan birinin əvəzini çıxıb.
Barnabaş Varqa 66-cı dəqiqədə fərqi minimuma endirib - 1:2.
Qarşılaşma davam edir.
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda üz-üzə gələn Macarıstan və İsveçrə yığmalarının görüşündə ikinci hissə başlayıb.
"Report" xəbər verir ki, qarşılaşma isveçrəlilərin 2:0 üstünlüyü ilə davam edir.
Matç saat 17:00-da start götürüb.
Futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunda üz-üzə gələn Macarıstan və İsveçrə yığmalarının görüşündə ikinci qol vurulub.
"Report" xəbər verir ki, Mişel Ebişer 45-ci dəqiqədə macarları növbəti dəfə oyuna meydanın mərkəzindən başlamağa məcbur edib.
Bu qol ilk hissənin yekun nəticəsini təyin edib - 0:2.
Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsinin I turunun növbəti görüşləri çərçivəsində Macarıstan və İsveçrə yığmaları üz-üzə gəlir.
"Report" xəbər verir ki, A qrupunun ikinci oyununda hesab açılıb.
Kvadvo Dua 14-cü dəqiqədə isveçrəliləri hesabda önə çıxarıb.
Qarşılaşmanı sloveniyalı baş hakim Slavko Vinçiç idarə edir.
Bu gün futbol üzrə Avropa çempionatında qrup mərhələsinin I turunun növbəti görüşləri çərçivəsində Macarıstan və İsveçrə yığmaları üz-üzə gəlir.
"Report" xəbər verir ki, A qrupunun ikinci oyunu saat 17:00-da start götürüb.
Qarşılaşmanı sloveniyalı baş hakim Slavko Vinçiç idarə edir.