AVRO-2024: Danimarka - İngiltərə matçında bərabərlik qeydə alınıb - YENİLƏNİB - 5
- 20 iyun, 2024
- 17:53
Yeniliklərdən dərhal xəbərdar olun!
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşü başa çatıb.
"Report" xəbər verir ki, C qrupunun oyununda heç-heçə qeydə alınıb - 1:1.
Hesabı ingilislər açıb. 19-cu dəqiqədə Harri Keyn fərqlənib. 34-cü dəqiqədə isə "status-kvo" bərpa olunub. Morten Yulmann adını tabloya yazdırıb.
Qeyd edək ki, qarşılaşmanın UEFA nümayəndəsi həmyerlimiz Könül Mehdiyeva olub.
| 1 | İngiltərə | 2 | 1 | 1 | 0 | 2-1 | 4 |
| 2 | Sloveniya | 2 | 0 | 2 | 0 | 2-2 | 2 |
| 3 | Danimarka | 2 | 0 | 2 | 0 | 2-2 | 2 |
| 4 | Serbiya | 2 | 0 | 1 | 1 | 1-2 | 1 |
21:06
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşündə ikinci hissə başlayıb.
"Report" xəbər verir ki, C qrupunun oyununda fasilədən sonra bərabərlik davam edir - 1:1.
Qeyd edək ki, qarşılaşmanın UEFA nümayəndəsi həmyerlimiz Könül Mehdiyevadır.
20:47
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşündə birinci hissə başa çatıb.
"Report" xəbər verir ki, C qrupunun oyununda tərəflər fasiləyə bərabərliklə yollanıblar - 1:1.
Qeyd edək ki, qarşılaşmanın UEFA nümayəndəsi həmyerlimiz Könül Mehdiyevadır.
20:40
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşündə ikinci qol vurulub.
"Report" xəbər verir ki, C qrupunun oyununda danimarkalılar hesaba tarazlıq gətiriblər.
34-cü dəqiqədə Morten Yulmann fərqlənib.
Qeyd edək ki, qarşılaşmanın UEFA nümayəndəsi həmyerlimiz Könül Mehdiyevadır.
20:21
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşündə hesab açılıb.
"Report" xəbər verir ki, C qrupunun oyununda ingilislər önə keçiblər.
19-cu dəqiqədə Harri Keyn fərqlənib.
Qeyd edək ki, qarşılaşmanın UEFA nümayəndəsi həmyerlimiz Könül Mehdiyevadır.
20:00
Almaniyada keçirilən futbol üzrə Avropa çempionatının qrup mərhələsinin II turunun Danimarka - İngiltərə görüşü start götürüb.
"Report" xəbər verir ki, Frankfurt şəhərindəki "Valdştadion"da başlayan C qrupunun oyununu portuqaliyalı beynəlxalq dərəcəli hakim Artur Diaş idarə edir.
Qeyd edək ki, qarşılaşmanın UEFA nümayəndəsi həmyerlimiz Könül Mehdiyevadır.