AVRO-2020: Rusiya millisinin geniş heyəti açıqlandı

AVRO-2020: Rusiya millisinin geniş heyəti açıqlandı Baş məşqçi Stanislav Çerçesov 30 oyunçuya dəvət göndərib. Yekun heyətdə isə 26 nəfər yer alacaq
Futbol
174
11 May , 2021 15:10
AVRO-2020: Rusiya millisinin geniş heyəti açıqlandı

Futbol üzrə Rusiya milli komandasının Avropa çempionatı üçün geniş heyəti açıqlanıb.

"Report"un məlumatına görə, baş məşqçi Stanislav Çerçesov 30 oyunçuya dəvət göndərib. Yekun heyətdə isə 26 nəfər yer alacaq.

Qapıçılar: Yuri Düpin ("Rubin"), Andrey Lunyov ("Zenit"), Matvey Safonov ("Krasnodar"), Anton Şunin ("Dinamo")

Müdafiəçilər: Georgi Cikiya ("Spartak"), İqor Diveyev, Mario Fernandes (hər ikisi MOİK), Roman Yevgenyev ("Dinamo" Moskva), Yuri Jirkov, Vyaçeslav Karavayev (hər ikisi "Zenit"), Fyodor Kudryaşov ("Antalyaspor", Türkiyə), İlya Samoşnikov ("Rubin"), Andrey Semyonov ("Axmat")

Yarımmüdafiəçilər: Dmitri Barinov, Rifat Jemaletdinov, Maksim Muxin (hamısı "Lokomotiv"), Aleksandr Qolovin ("Monako", Fransa), Arsen Zaxaryan, Daniil Fomin (hər ikisi "Dinamo" Moskva), Roman Zobnin ("Spartak"), Aleksey İonov ("Krasnodar"), Daler Kuzyayev, Andrey Mostovoy, Maqomed Ozdoyev (hamısı "Zenit"), Denis Makarov ("Rubin"), Aleksey Mirançuk ("Atalanta", İtaliya), Denis Çerışev ("Valensiya", İspaniya)

Hücumçular: Artyom Dzyuba ("Zenit"), Anton Zabolotnı ("Soçi"), Aleksandr Sobolev ("Spartak").

Habelə, 7 oyunçudan ibarət ehtiyat heyət də açıqlanıb. Aleksandr Maksimenko ("Spartak"), İqor Smolnikov ("Krasnodar"), Dmitri Çistyakov ("Zenit"), Yuri Qazinski ("Krasnodar"), Daniil Lesovoy ("Dinamo" Moskva), Reziuan Mirzov ("Ximki") və ya Fyodor Smolov ("Lokomotiv") ehtiyac olduqda əsas siyahıya daxil edilə bilər.

Son xəbərlər

Orphus sistemi