AVRO-2020: Ronaldudan unikal rekord

AVRO-2020: Ronaldudan unikal rekord AVRO-2020-nin F qrupunun Macarıstanla oyunu Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu üçün əlamətdar olub.
Futbol
15 İyun , 2021 21:16
AVRO-2020: Ronaldudan unikal rekord
Kriştianu Ronaldu

AVRO-2020-nin F qrupunun Macarıstanla oyunu Portuqaliya millisinin kapitanı Kriştianu Ronaldu üçün əlamətdar olub.

"Report"un məlumatına görə, start heyətində meydana çıxan 36 yaşlı hücumçu 5 Avropa çempionatında forma geyinən futbolçu kimi tairxə düşüb.

Təcrübəli forvard daha əvvəl 2004, 2008, 2012 və 2016-cı illərdə keçirilmiş turnirlərin iştirakçısı olub.

Qeyd edək ki, İspaniya millisinin sabiq qapıçısı İker Kasilyas da 5 Avropa çempionatına qatılsa da, 2000 və 2016-cı illərdəki turnirlərdə ehtiyatda qalıb.

Son xəbərlər

Orphus sistemi