AVRO-2020-nin rəsmi mahnısı bəlli oldu

AVRO-2020-nin rəsmi mahnısı bəlli oldu Mahnı "Biz insanlar" adlanır
Futbol
14 May , 2021 10:09
AVRO-2020-nin rəsmi mahnısı bəlli oldu

Bu il keçiriləcək futbol üzrə Avropa çempionatının rəsmi mahnısı bəlli olub.

"Report"un məlumatına görə, mahnını hiderlandlı Martin Qarriks, həmçinin İrlandiyanın "U2 Bono and The Edge" rok qrupunun üzvləri ifa edir.

Mahnı "We Are The People" (Biz insanlar) adlanır.

Qeyd edək ki, AVRO-2020 bu il iyunun 11-dən iyulun 11-dək keçirilməlidir. Təqvimə əsasən, Bakı Olimpiya Stadionu A qrupunun İsveçrə - Uels, Türkiyə - Uels və Türkiyə - İsveçrə qarşılaşmalarına, eləcə də 1/4 final mərhələsinin 1 oyununa ev sahibliyi edəcək.

Son xəbərlər

Orphus sistemi