AVRO-2020: İtaliya millisinin finaldakı rəqibi müəyyənləşir
- 07 iyul, 2021
- 04:00
Yeniliklərdən dərhal xəbərdar olun!
Bu gün futbol üzrə Avropa çempionatında yarımfinal mərhələsinə yekun vurulacaq.
"Report"un məlumatına görə, bununla da turnirin ikinci finalçısının adına aydınlıq gələcək.
Həlledici görüşə son vəsiqə uğrunda İngiltərə və Danimarka yığmaları üz-üzə gələcək. Londondakı "Uembli" stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Matçı Niderlanddan olan FIFA referisi Denni Makkeli idarə edəcək.
AVRO-2020-də qol buraxmayan britaniyalılar doğma meydan amilindən də istifadə edib finala çıxmaq niyyətindədir. Danimarkalılar isə turnirin əsas favoritlərindən birini mübarizədən kənarlaşdırmaqla sensasiya etmək arzusundadır.
Avropa çempionatı
Yarımfinal
23:00. İngiltərə - Danimarka
Baş hakim: Denni Makkeli (Niderland)
London, "Uembli" stadionu
Qeyd edək ki, bu oyunun qalibi finalda İtaliya millisinin rəqibi olacaq.