AVRO-2020: Ən yaxşı qolun müəllifi mükafatlandırılıb

AVRO-2020: Ən yaxşı qolun müəllifi mükafatlandırılıb Çexiya millisinin futbolçusu Patrik Şik 2020-ci il Avropa çempionatının ən yaxşı qolunun müəllifi üçün hazırlanmış mükafata layiq görülüb.
Futbol
18 Oktyabr , 2021 16:18
AVRO-2020: Ən yaxşı qolun müəllifi mükafatlandırılıb

Çexiya millisinin futbolçusu Patrik Şik AVRO-2020-nin ən yaxşı qolunun müəllifi üçün hazırlanmış mükafata layiq görülüb.

"Report" xəbər verir ki, 25 yaşlı hücumçuya rusiyalı kalliqraf-rəssam Pokras Lampasın hazırladığı xüsusi kubok təqdim olunub.

Qeyd edək ki, Patrik Şik Şotlandiyanı 2:0 hesabı ilə məğlub etdikləri D qrupunun I tur matçında fərqlənib. Almaniya "Bayer"ində çıxış edən forvard 52-ci dəqiqədə topu mərkəz xətti yaxınlığından rəqib qapısına göndərib.

Son xəbərlər

Orphus sistemi