AVRO-2020: Çexiya millisi meydan sahiblərinə qalib gəldi

AVRO-2020: Çexiya millisi meydan sahiblərinə qalib gəldi Futbol üzrə Avropa çempionatında D qrupunun digər oyunu keçirilib.
Futbol
14 İyun , 2021 18:52
AVRO-2020: Çexiya millisi meydan sahiblərinə qalib gəldi

Futbol üzrə Avropa çempionatında D qrupunun digər oyunu keçirilib.

"Report"un məlumatına görə, turnirin ev sahiblərindən Şotlandiya Çexiya millisi ilə qarşılaşıb. Qlazqo şəhərindəki "Hempden Park" stadionunda oynanılan matç çexiyalıların 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Görüşdə hər iki qolu Patrik Şik vurub. Əvvəlcə 42-ci dəqiqədə fərqlənən 25 yaşlı forvard ikinci hissədə baxımlı qola imza atıb. Almaniya "Bayer"ində çıxış edən forvard 52-ci dəqiqədə topu mərkəz xətti yaxınlığından rəqib qapısına göndərib.

Qeyd edək ki, D qrupunun ilk oyunu dünən İngiltərə və Xorvatiya yığmaları arasında olub. Londondakı "Uembli" stadionunda keçirilən qarşılaşmada britaniyalılar rəqibini məğlub edib - 1:0. Hazırda qrupda eyni xala malik yığmalardan Çexiya 1-ci, İngiltərə isə 2-cidir. Xalı olmayan Xorvatiya və Şotlandiya kollektivləri isə müvafiq olaraq, 3 - 4-cü yerləri bölüşdürürlər.

Son xəbərlər

Orphus sistemi