AVRO-2020: 1/8 finalın daha 5 iştirakçısı bəlli oldu

AVRO-2020: 1/8 finalın daha 5 iştirakçısı bəlli oldu Fubol üzrə İsveçrə millisi Avropa çempionatında 1/8 finala vəsiqə qazanıb.
Futbol
22 İyun , 2021 01:14
AVRO-2020: 1/8 finalın daha 5 iştirakçısı bəlli oldu

Fubol üzrə Avropa çempionatında daha 5 yığma 1/8 finala vəsiqə qazanıb.

"Report"un məlumatına görə, bunlar İsveçrə, İngiltərə, Fransa, Çexiya və İsveç milliləridir.

4 xalı olan kollektivlər D, E və F qruplarındakı son matçların nəticəsindən asılı olmayaraq, pley-offa yüksəlib. Buna Belçikanın B qrupunun III tur matçında Finlandiya üzərində qələbə (2:0) qazanması səbəb olub.

A qrupunu 4 xalla 3-cü pillədə başa vuran İsveçrənin ən yaxşı qrup üçüncülərindən biri kimi mərhələ adlaması dəqiqləşib. 4 xalı olan digər dörd komanda da ən pis halda 3-cü yerin sahibi kimi qrupdan çıxmağı təmin edib. Çünki B və C qruplarını 3-cü sırada tamamlayan Finlandiya və Ukrayna seçmələrinin 3 xalı var.

Qeyd edək ki, daha əvvəl İtaliya, Niderland, Belçika, Uels, Avstriya və Danimarka yığmaları 1/8 finala yüksəlib.

Son xəbərlər

Orphus sistemi