AVRO-2016: Rusiya - İsveç: 1:0

AVRO-2016: Rusiya - İsveç: 1:0 Qarşılaşmada yeganə qolu 38-ci dəqiqədə Artyom Dzyuba vurub
Futbol
5 Sentyabr , 2015 23:52
AVRO-2016: Rusiya - İsveç: 1:0

Bakı. 5 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə AVRO-2016-nın seçmə qrup mərhələsində 7-ci turun son oyunları keçirilib.

"Report"un məlumatına görə, 3-cü oyun günündə diqqət mərkəzində olan matçlar arasında Rusiya - İsveç qarşılaşması yer alıb.

Qonşu ölkə Zlatan İbrahimoviç və onun komandası önünə yeni baş məşqçi Leonid Slutskinin rəhbərliyi altında çıxıb. Oyun Rusiyanın 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Qarşılaşmada yeganə qolu 38-ci dəqiqədə Artyom Dzyuba vurub.

Rusiya millisinin növbəti oyunu isə sentyabrın 8-də Lixtenşteynə qarşı olacaq. 

Son xəbərlər

Orphus sistemi