Attila Fiola: "Qəbələ" oyunu kobud şəkildə pozmağa çalışırdı"

Attila Fiola: "Qəbələ" oyunu kobud şəkildə pozmağa çalışırdı" "Rəqib vaxtı uzatmağa və oyunu kobud şəkildə pozmağa çalışırdı".
Futbol
22 İyul , 2022 14:23
Attila Fiola: Qəbələ oyunu kobud şəkildə pozmağa çalışırdı

"Rəqib vaxtı uzatmağa və oyunu kobud şəkildə pozmağa çalışırdı".

"Report"un məlumatına görə, bunu "Fehervar"ın futbolçusu Attila Fiola Macarıstanda "Qəbələ"yə 4:1 hesabı ilə qalib gəldikləri UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk matçı barədə danışarkən deyib.

32 yaşlı müdafiəçi matça pis başladıqlarını söyləyib: "Rəqib önə keçdikdən sonra tələsik oynadıq. İlk hissədə yaxşı çıxış etmədik. Fasilədə özümüzü toparlamağa çalışdıq və ikinci yarıda daha ağıllı oynadıq. Çoxlu şanslar yaratdıq və üç qol vurduq. İkinci hissə göstərdi ki, bu hesabla qalib gəlməyə layiqik. Hesaba baxmayaraq, cavab görüşünə də ciddi hazırlaşacağıq".

Qeyd edək ki, komandalar arasındakı cavab oyunu iyulun 28-də Qəbələdə olacaq.

Son xəbərlər

Orphus sistemi