"Atletiko" Luis Suareslə yollarını ayırır

"Atletiko" Luis Suareslə yollarını ayırır İspaniyanın "Atletiko" (Madrid) klubu futbolçusu Luis Suareslə yollarını ayıracaq.
Futbol
12 Yanvar , 2022 10:28
Atletiko Luis Suareslə yollarını ayırır
Luis Suares

İspaniyanın "Atletiko" (Madrid) klubu futbolçusu Luis Suareslə yollarını ayıracaq.

"Report" "El Partidazo de COPE" nəşrinə istinadən xəbər verir ki, Madrid təmsilçisi 35 yaşlı hücumçunun mövsümün sonunda başa çatan müqaviləsini yeniləməmək qərarına gəlib.

Uruqvaylı hücumçu cari mövsüm 26 oyunda meydanda olub, 9 qol və 2 məhsuldar ötürmə ilə yadda qalıb. ABŞ-ın "İnter Mayami" klubu Suaresə iki illik müqavilə təklif edib.

Son xəbərlər

Orphus sistemi