"Atletiko" "Levante"ni yenərək ardıcıl 3-cü qələbəsini qazandı

"Atletiko" "Levante"ni yenərək ardıcıl 3-cü qələbəsini qazandı İspaniya La Liqasının 31-ci turunun matçında Valensiya Levantesi Madrid Atletikosuna 0:1 hesablı məğlub olub.
Futbol
24 İyun , 2020 00:19
Atletiko Levanteni yenərək ardıcıl 3-cü qələbəsini qazandı

İspaniya La Liqasının 31-ci turunun matçında Valensiya "Levante"si Madrid "Atletiko"suna 0:1 hesablı məğlub olub. 

"Report" xəbər verir ki, matç Valensiyanın "Syudad de Valensiya" stadionunda olub.

Qarşılaşmada yeganə qol birinci hissədə vurulub. Matçın 15-ci dəqiqəsində "Levante"nin müdafiəçisi Bruno Qonsales avtoqola imza atıb. Bunun sayəsində "Atletiko" üçüncü ardıcıl qələbəsini qazanıb.

Bu qələbədən sonra "Atletiko" 55 xal toplayaraq İspaniya milli çempionatının yarış cədvəlində üçüncü yerə yüksəlib. "Levante" 38 xalla 11-ci yerdə qərarlaşıb.

Qeyd edək ki, 31-ci turun digər matçında "Valyadolid" "Xetafe" 1:1 hesablı heç-heçə edib.

Son xəbərlər

Orphus sistemi