"Atletiko" Dembelenin keçidini həll etdi

"Atletiko" Dembelenin keçidini həll etdi İspaniya "Atletiko"su klubu Fransanın "Lion" komandasının futbolçusu Mussa Dembeleni icarəyə götürüb.
Futbol
13 Yanvar , 2021 22:18
Atletiko Dembelenin keçidini həll etdi
Mussa Dembele

İspaniya "Atletiko"su klubu Fransanın "Lion" komandasının futbolçusu Mussa Dembeleni icarəyə götürüb.

"Report" Liqa 1 təmilçisinin rəsmi saytına istinadən xəbər verir ki, Mali əsilli fransalı hücumçu Madrid klubu ilə cari mövsümün sonunadək müqavilə imzalayıb.

La Liqa təmsilçisinin bu keçid üçün qarşı tərəfə 1,5 milyon avro təzminat ödədiyi bildirilib. Klub yayda 25 yaşlı forvardı 33,5 milyon avro qarşılığında birdəfəlik transfer edə bilər.

Dembele "Atletiko"ya bir müddət öncə komandadan göndərilən Dieqo Kostanın əvəzləyicisi kimi cəlb olunub.

Qeyd edək ki, Mussa Dembele bu mövsüm Fransa çempionatında 16 oyunda meydana çıxıb və 1 qol vurub.

Son xəbərlər

Orphus sistemi