"Atletiko" AVRO-2016-nın bombardiri ilə müqaviləni uzadıb

Futbol
  • 13 iyun, 2017
  • 12:16
Atletiko AVRO-2016-nın bombardiri ilə müqaviləni uzadıb

Bakı. 13 iyun. REPORT.AZ/ İspaniyanın "Atletiko" klubu futbolçu Antuan Qrizmannla müqaviləni uzadıb. "Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, fransalı hücumçu ilə yeni anlaşma 2021-2022 mövsümünün sonunadək nəzərdə tutulub.

26 yaşlı forvard 2016-2017 mövsümündə 36 oyun keçirib. O, 16 qol və 8 məhsuldar ötürmə müəllifi olub.

Qeyd edək ki, Antuan Qrizmann 2016-cı il Avropa çempionatında 6 qolla bombardir olub. 

44 filmi