"Atletiko" autsayderə uduzub

"Atletiko" autsayderə uduzub İspaniya La Liqasında XXI turdan təxirə salınmış "Atletiko" - "Levante" matçı keçirilib.
Futbol
17 Fevral , 2022 00:03
Atletiko autsayderə uduzub

İspaniya La Liqasında XXI turdan təxirə salınmış "Atletiko" - "Levante" matçı keçirilib.

"Report"un məlumatına görə, Madriddəki "Vanda Metropolitano" stadionunda təşkil olunmuş qarşılaşma qonaq komandanın qələbəsi ilə yekunlaşıb - 1:0. Yeganə qolu 54-cü dəqiqədə Qonsalo Melero vurub.

Bununla da "Levante" xalını 14-ə çatdırsa da, sonuncu - 20-ci yerdə qalıb. "Atletiko" isə 39 xalla 5-ci yerdədir.

Son xəbərlər

Orphus sistemi