"Astana"nın prezidenti Roman Qriqorçukun komandanı birdəfəlik tərk etdiyinə dair xəbərlərə münasibət bildirib

"Astana"nın prezidenti Roman Qriqorçukun komandanı birdəfəlik tərk etdiyinə dair xəbərlərə münasibət bildirib Bakı. 4 sentyabr. REPORT.AZ/ Hamımız Roman İosifoviçin şəxsi məsələlərini həll edərək, öz səlahiyyətlərini icra etməyə qayıdacağını gözləyirik. Onun bir daha komandamıza dönməyəcəyinə dair xəbərlər boş söhbətlərdir.
Futbol
4 Sentyabr , 2018 09:51
Astananın prezidenti Roman Qriqorçukun komandanı birdəfəlik tərk etdiyinə dair xəbərlərə münasibət bildirib

Bakı. 4 sentyabr. REPORT.AZ/ "Hamımız Roman İosifoviçin şəxsi məsələlərini həll edərək, öz səlahiyyətlərini icra etməyə qayıdacağını gözləyirik. Onun bir daha komandamıza dönməyəcəyinə dair xəbərlər boş söhbətlərdir".

"Report" xəbər verir ki, bu barədə klub prezidenti Sayan Xamitjanov Roman Qriqorçukun "Astana"dan birdəfəlik ayrıldığına dair iddialara münasibət bildirərkən, sports.kz-yə açıqlamasında deyib. O bildirib ki, hər hansı dəyişiklik baş versə, azarkeşlər mütləq məlumatlandırılacaq. Xamitjanov yalnız rəsmi mənbələrə inanmağı xahiş edib.

Bununla belə, klub prezidentinin fikrincə, "Astana" Avropa Liqasının qrup mərhələsində hazırda baş məşqçi səlahiyyətlərini icra edən Qriqori Babayanın rəhbərliyi altında da işinin öhdəsindən lazımınca gələ biləcək: "İlk növbədə, Babayana komandanı qəbul etdiyi və Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanma məsələsinin həllinə köməklik göstərdiyi üçün təşəkkür etmək istərdim. Hamımız bunun necə çətin olduğunu anlayırıq. Fikrimcə, o, qrupda da işini yaxşı görəcək".

Qeyd edək ki, Roman Qriqorçuk mayın 28-də "Qəbələ"nin baş məşqçi postunu tərk etdikdən dörd gün sonra "Astana"da eyni vəzifəyə təyin olunub. Lakin avqustun 17-də o, ailə məsələlərini əsas gətirərək, Qazaxıstan komandasından ayrılıb. 

Son xəbərlər

Orphus sistemi