“Arsenal” “Norviç Siti”ni darmadağın edib

“Arsenal” “Norviç Siti”ni darmadağın edib İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində “Arsenal” “Norviç Siti”ni qəbul edib.
Futbol
1 İyul , 2020 22:54
“Arsenal” “Norviç Siti”ni darmadağın edib

İngiltərə Premyer Liqasının 32-ci turu çərçivəsində “Arsenal” “Norviç Siti”ni qəbul edib.

“Report” xəbər verir ki, qarşılaşma meydan sahiblərinin böyük üstünlüyü – 4:0 hesablı qələbəsi ilə başa çatıb.

Qarşılaşmada hesab 33-cü dəqiqədə açılıb. Pyer-Emerik Obameyanq meydan sahiblərinin qələbəsinin əsasını qoyub. Dörd dəqiqə sonra Qranit Caka hesabı 2:0-a çatdırıb. Matçın 67-ci dəqiqəsində Obameyanq dubl edib - 3:0. Nəhayət oyunun 87-ci dəqiqəsində Sedrik sonuncu qolu qonaqların qapısından keçirib - 4:0.
 

Son xəbərlər

Orphus sistemi