İngiltərənin ​"Arsenal" klubu Türkiyədə futbol akademiyası açıb

İngiltərənin ​"Arsenal" klubu Türkiyədə futbol akademiyası açıb Klub Premyer Liqa tarixinə düşüb
Futbol
518
1 İyun , 2016 09:29
İngiltərənin ​Arsenal klubu Türkiyədə futbol akademiyası açıb

Bakı. 1 iyun. REPORT.AZ/ İngiltərənin "Arsenal" klubu Türkiyədə rəsmi futbol məktəbini açıb. "Report"un məlumatına görə, məktəbdə dərslər İstanbulda yerləşən Bəyoğlu Stadionunda keçiriləcək.

Akademiyada eyni vaxtda 100 yeniyetmənin futbolla məşğul olması nəzərdə tutulub. Bundan başqa, şagirdlərə ingilis dili də öyrədiləcək. "Topçular"ın türk əsilli futbolçusu Məsut Özilin akademiyanın tanıtım üçün bu yay ərzində Türkiyəyə gələcəyi gözlənilir.

Qeyd edək ki, bu "Arsenal"ın bölgədə açdığı 25-ci futbol akademiyasıdır. Klubun ən yaxşı akademiyası Londonda yerləşir. "Arsenal" Türkiyədə futbol akademiyası açan ilk Premyer Liqa klubu kimi tarixə düşüb.

Son xəbərlər

Orphus sistemi