Bakı. 24 sentyabr.
“Report” klubun rəsmi saytına istinadən xəbər verir ki, yunanıstanlı müdafiəçi Sokratis Papastatopulos “Everton”a 2:0 hesabı ilə qalib gəldikləri İngiltərə Premyer Liqasının VI tur matçında zədələnib.
Dizindən xəsarət alan 30 yaşlı oyunçu 39-cu dəqiqədə əvəzlənib. Onun yaşıl meydanlardan uzaq qalacağı vaxta bu gün keçiriləcək tibbi müayinədən sonra aydınlıq gələcək.
Qeyd edək ki, "Qarabağ" Avroliqada növbəti oyununu oktyabrın 4-də məhz “Arsenal”a qarşı keçirəcək. Bakı Olimpiya Stadionunda təşkil olunacaq qarşılaşma Bakı vaxtı ilə saat 20:55-də başlayacaq.
Manaf QASIMBƏYLİ