"Arsenal" klubu Bakıya finaldan 4 gün əvvəl gələcək

"Arsenal" klubu Bakıya finaldan 4 gün əvvəl gələcək İngiltərənin Arsenal klubunun Avropa Liqasının final matçı ilə əlaqədar Bakıya səfər planı açıqlanıb.
Futbol
112
13 May , 2019 09:53
Arsenal klubu Bakıya finaldan 4 gün əvvəl gələcək

İngiltərənin "Arsenal" klubunun Avropa Liqasının final matçı ilə əlaqədar Bakıya səfər planı açıqlanıb.

"Report"un məlumatına görə, bu barədə "topçular"ın baş məşqçisi Unay Emeri açıqlama verib. İspaniyalı mütəxəssis mayın 20-də Londonda bir araya gələcəklərini bildirib. O, İngiltərə paytaxtında 3 gün hazırlıq keçdikdən sonra mayın 25-də Bakıya doğru hərəkət edəcəklərini söyləyib. Emeri Azərbaycan paytaxtında da daha 3 məşq gerçəkləşdirəcəklərini diqqətə çatdırıb. 

Qeyd edək ki, mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında "Arsenal"ın digər rəqibi "Çelsi" olacaq. Oyun saat 23:00-da başlayacaq. 

Son xəbərlər

Orphus sistemi