"Arsenal"ın baş məşqçisi: "İki ölkə arasındakı problemdən xəbərsizəm"

"Arsenal"ın baş məşqçisi: "İki ölkə arasındakı problemdən xəbərsizəm" İngiltərə Arsenalının baş məşqçisi Unay Emeri komandanın futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakının nə dərəcədə mümkünlüyü ilə bağlı məsələyə münasibət bildirib.
Futbol
13 May , 2019 09:34
Arsenalın baş məşqçisi: İki ölkə arasındakı problemdən xəbərsizəm

İngiltərə "Arsenal"ının baş məşqçisi Unay Emeri komandanın futbolçusu Henrix Mxitaryanın Bakıda keçiriləcək Avropa Liqasının final matçında iştirakının nə dərəcədə mümkünlüyü ilə bağlı məsələyə münasibət bildirib. 

"Report"un məlumatına görə, bunu siyasi məsələ adlandıran ispaniyalı mütəxəssis Azərbaycan və Ermənistan arasındakı problemdən xəbərsiz olduğunu açıqlayıb. Lakin, o, Mxitaryanın həlledici qarşılaşmada iştirakı üçün əllərindən gələni edəcəklərini söyləyib: "Bu gün Mxitaryan yaxşı çıxış etdi. Əlimizdən gələn hər şeyi etməyə hazırıq ki, Henrix finalda oynasın. Amma mən bunun siyasi problemlə əlaqədar nə dərəcədə mümkünlüyündən və iki ölkə arasındakı problemin nə olduğundan həqiqətən də xəbərsizəm. Bu, məndən asılı məsələ deyil və həlli yolunu çox da yaxşı bilmirəm. Amma biz finalda Mxitaryanın olmasını istəyirik və mümkün olan hər şeyi edəcəyik ki, o, Bakıda olsun". 

Qeyd edək ki, "Arsenal" mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək final matçında "Çelsi" ilə üz-üzə gələcək. 

Son xəbərlər

Orphus sistemi